Tərtərdə cinayət törədib, Bakıya qaçdı, amma...
Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək Bakıya qaçan şəxs saxlanılıb.
Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində tutulub.
Belə ki, dekabrın 9-da Tərtər rayonunda yaşayan Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Məlumatla əlaqədar olaraq dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisənin münaqişə zəminində rayonun Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş Sənan Ağazadə tərəfindən törədildiyi müəyyən edilib və onun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə həyata keçirilib və faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxslər cinayət işinin istintaqının aparılması üçün Tərtər RPŞ-yə təhvil veriliblər. (DİN)