\
24 Noyabr 2024 - Bazar günü

Sevgilisinin anası ilə də cinsi əlaqədə oldu və... - Azərbaycanda dəhşət

Sevgilisinin anası ilə də cinsi əlaqədə oldu və... - Azərbaycanda dəhşət
1632baxış
Ali Məhkəmədə sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacəliyevin barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 
 
Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 
Qərara əsasən, onun şəxsin kassasiya şikayəti təmin edilməyib.
 
İttiham aktına əsasən, S.Hacəliyev 2017-ci il martın 27-də Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.
 
Araşdırma zamanı məlum olub ki, S.Hacəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
 
Hadisə baş verən günü S.Hacəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.
 
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacəliyev həbs edilib.
 
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib.
 
Məhkəmənin baxış iclasında qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, dörd il ərzində anası ilə S.Hacəliyev arasında münasibətlərin olduğunu ifadə edib:
 
"Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununla bağlı maraqlandım. Mənə dedilər ki, "onların münasibətləri var, guya sən bunu bilmirsən?” Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibəti yoxdur. Amma ona inanmadım”.
 
S.Hacəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi S.Hacəliyevin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. (oxu)