Xəzər rayonunda oğru dəstə zərərsizləşdirildi - QIŞIN KABUSUNA SON QOYULDU
Bir aydır paytaxtın Xəzər rayonunun kabusuna çevrilmiş oğru dəstə, nəhayət ki, zərərsizləşdirilib. Həmin rayonun ərazisində müxtəlif vaxtlarda 2 evdən pul, zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər xüsusi əməliyyat nəticəsində saxlanılıblar. Xəzər RPİ-dən Mediapress.az-a verilən məlumata görə, 1-ci və 2-ci Polis Bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin dekabr ayı boyu rayon ərazisində 3 evdən və 2 mağazadan pul, zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Saleh Sübhanov, Şərur rayon sakini Əkbər Rəsulov və Yevlax rayon sakini Mehdi İsmayılov saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin başqa cinayətlərdə iştirakı araşdırılır.