Sabunçuda 21 yaşlı gənci bıçaqlayan şəxsin istintaqı başa çatıb
Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Yusif Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Ramella Allahverdiyevanın icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.
Qeyd edək ki, hadisı bu ilin avqust ayında Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
1998-ci il təvəllüdlü Vəliyev Rahib Azər oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıb.Yaralı dərhal xəstəxanaya yerləşdirilib. R.Vəliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hadisəni törətməkdə təqsirləndirilən Y.Məmmədov tutularaq istintaqa cəlb edilib. Ona M.Qafarova Cinayət Məcəlləsini 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ititham verilib və barəsində həbs qətimkan tədbiri seçilib.