\
24 Noyabr 2024 - Bazar günü

Nərminin başına açılan DƏHŞƏT - Başını əzib, dırnaqlarını kəsiblər

Nərminin başına açılan DƏHŞƏT - Başını əzib, dırnaqlarını kəsiblər
4018baxış

Noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının ölümünün səbəbi və vaxtı müəyyən edilib.

Mediapress.az  "oxu.az”a istinadən xəbər verir ki, araşdırmalar zamanı Nərmin Quliyevanın beş gün əvvəl öldüyü məlum olub.

Həmçinin müəyyənləşib ki, qızın ölümünə səbəb onun başından küt alətlə vurulması olub. Qızın kəllə sümüyündə 5 sınıq aşkarlanıb.

Cinayətin digər təfərrüatları da məlum olub.

Belə ki, Nərmin noyabrın 21-də itkin düşdüyü paltarda tapılıb. O, da müəyyənləşib ki, uşağı meyiti kənd ərazisində saxlanılırmış.

Ehtimal edilir ki, Nərmin bu müddət ərzində zirzəmidə saxlanılıb.

Kriminalistlər Nərminin yandırıldığı yerə yaxın ərazidə avtomobil təkəri izlərinə rast gəlməyiblər.

Ehtimal edilir ki, qızın meyitini arabada gətiriblər.
Cinayətkar qızın meyitini polietilen torbada hadisə yerinə gətirib və orada yandırıb.

Nərminin dırnaqları tutulmuş olub, Operativ istintaq əməliyyat qrupu bu qənaətə gəlib ki, bunu qatil edib. Bunu o səbəbdən edib ki, qurbanı ona cinsi zorakılıq zamanı müqavimət göstərərək, xəsarət yetirməsin. Qızın meyiti qurşaqdan aşağı yanmış olub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.