Nərminin saxlanıldığı otaqda qanabənzər ləkələr tapılıb
Nərmin Quliyevanın Tovuz rayonunun Dondar Quşçu kəndində saxlanıldığı otaqda qanabənzər ləkələr tapılıb.
Mediapress.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Məlumata görə, istintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
Qeyd edək ki, hadisəyə görə Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İ.Süleymanov dindirilərkən törətdiyi əməli tam etiraf edib.