Prokuror "Polojeniye Anar" ləqəbli kriminal avtoritetə cəza istəyib
1582
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniye Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, A. Məhərrəmovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 16-da davam etdiriləcək. (apa)