\
25 Noyabr 2024 - Bazar ertəsi

Jurnalistlərin binasından ev düzəltmək adı ilə dələduzluq edən şəxsin məhkəməsində şahidlər ifadə verib

Jurnalistlərin binasından ev düzəltmək adı ilə dələduzluq edən şəxsin məhkəməsində şahidlər ifadə verib
1586baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahid qismində Cəlil Quliyev ifadə verib.

O bildirib ki, bacısı qızı Mehriban İmanova ev almaq üçün ondan borc pul alıb: "Mən də təxminən hissə-hissə ona 2500 manat pul verdim. Başqa işlərdən xəbərim yoxdur, təqsirləndirilən şəxsi tanımıram. Mehribam İmanova mənə dedi ki, bizə jurnalistlərin binasından ev verəcəklər".