\
24 Noyabr 2024 - Bazar günü

İrəvan Teatrı "Xocalıya ədalət!" kompazisiyasını təqdim edib - FOTOLAR

İrəvan Teatrı "Xocalıya ədalət!" kompazisiyasını təqdim edib - FOTOLAR
1323baxış

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 26-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şairə-dramaturq Azadə Taleh Abbas qızının “Xocalı şəhidim Şöhrət Həsənov” adlı poeması əsasında hazırlanmış “Xocalıya ədalət!” kompozisiyasını təqdim edib.

Xatırladaq ki, kompozisiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfədir. 

Tədbir "Qafqaz-Media" İctimai Birliyi və “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov Mediapress.az-a məlumat verib. Tədbirdə “Xocalıya ədalət!” kampaniyasına dəstək olaraq İrəvan Dövlət Azərbaycan Dram Teatrının dəvətilə Bakıya gələn Anadolu Aydınlar Ocağının Genel başkanı, Türkiyə-Azərbaycan Dev Kardaşlık və Candaşlıq Kültür və Strateji Platforma Eş başqanı sayın pr.dr. İbrahim Öztekin rəhbərlik etdiyi heyət Fatma Renin Öztek, Kalp Damar cerrahı, Antalya Akdeniz Universiteti Organ nakli Universitetinin direktoru Pr.dr. Omar Bayazid, Üsküdar Universiteti Tibb Fakültesi Dekan Yardımçısı Pr.dr. Murad Kalemoğlu, Sakarya Universiteti Ögretim Üyesi, Sakarya Aydınlar Ocağı Başkanı Yrd.Doç.dr. Mustafa Kemal Cerrahoğlu, Yük İnşaat Mühendisi, Türkiye Aydınlar Ocağı Üyesi Cengiz Arslan, Spor Akademisi, Milli Judoçu, Anadolu Aydınlar Ocağı Üyesi, Dr. Mustafa Kavlun, elm və sənət adamları, mədəniyyət işçiləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
 
Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanılıb. Tədbiri giriş sözü ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev açaraq bildirib ki, İrəvan Teatrı həmişə öz repertuarında milli-vətənpərvərlik mövzulu əsərlərə önəm verir. “Xocalı şəhidim Şöhrət Həsənov” adlı poeması əsasında hazırlanmış “Xocalıya ədalət!” kompozisiyası teatr tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə səhnələşdirilib. “Xocalıya ədalət!” sülh çağırışıdır. Biz də öz tərəfimizdən sülhsevər dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, Azərbaycan xalqı olaraq yaşadığımız bu soyqırımın bir daha dünyanın heç bir yerində təkrar olunmasına yol verilməsin! Sonra “Qafqaz-media” İctimai Birliyinin sədri, şairə-dramaturq, publisist Azadə Taleh Abbas qızı, Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztek, Xocalı şəhidi Şöhrət Həsənovun həyat yoldaşı Mehriban Əliyeva, Xocalı şəhərinin keçmiş prokuroru Atakişi Atakişiyev çıxış edərək 28 il bundan qabaq Xocalı faciəsi zamanı Azərbaycan xalqının o dəhşətli, faciəli gecədə başına gətirilən bəlalardan, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətli faktlarından danışıblar. Sonda “Xocalıya ədalət!” kompozisiyası nümayiş olunub. Səhnə əsəri izləyicilər tərəfindən göz yaşları və alqışlarla qarşılanıb. 28 ildir ki, Xocalının səhəri açılmır. Orada, Günəş doğmur. Xocalıda Günəş sonuncu dəfə qürub edəndə bəlkə də özü də bilməzdi ki, uzun müddət doğmayacaq. 1992-ci il 26 fevral gecəsi bir ayrı gecədir. O elə bir gecədir ki, nə qədər insanın həyatına son qoydu. O gecənin bir ayrı ağrısı var. O ağrını isə heç bir sözlə ifadə etmək mümkün deyil. Bütün bunların fonunda dəhşət saçan, faciəvi, "Xocalı gecəsi" nə teatral motivdə, sənət dili ilə yaxınlaşmaq da asan deyil. "Mistik ritual" formasında hazırlanan "Xocalı kompozisiyası" erməni vəhşiliyi, erməni vandalizmindən bəhs edir. Biz bu qanlı tarixi unutmamalı, gələcək nəsillərə də ötürməliyik. Xocalını azad etdiyimiz gün, qətlə yetirilmiş günahsız xocalıların qisasının alındığı gündür! Kompozisiyanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur. Rollarda Əməkdar artistlər Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Səmayə İsmayılova, Niyaməddin Səfərəliyev, Müdvər Nemətova, Anar Buludov, Arzuman Tanrıverdi, Sevinc Hüseynova, Sevinc Bəxtiyar, Xədicə Məmmədova, Pərvin Dadaşova, Zəki Fətəliyev, Fərid Vəliyev, Samir Əliyev və Səbinə İmanverdiyeva çıxış ediblər.