Ağaxan Salmanlı vəfat edib
1490
Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.
Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.
1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.
Allah rəhmət eləsin!