Günay İbrahimli “Boho style” foto layihəsini təqdim etdi ... - FOTOLAR
Mediapress.az xəbər verir ki, müğənni boho üslubunda fərqli fotolar çəkdirib. Fotoların müəllifi Ratmir Şərifovdur. Günayın sözlərinə görə, onun haqqında qəribə fikir formalaşıb:
“Təxmini iki ay əvvəl klipimi (Əllərim darıxmasın) təqdim etdim və bir qədər kənara çəkildim. Televiziya proqramlarına az çıxdım, yeni layihələrimə daha çox vaxt ayırdım. Amma bu müddət ərzində dedilər ki, Günay batıb, yoxa çıxıb. Düşünün, ən işlək sənətçi haqqında belə fikirlər səsləndirirlər. Bəlkə də, iki ay özəl mahnı çıxarmamağım onları bu nəticəyə gətirdi.
Nəhayət ki, işlərimizi təqdim etməyə start verdik. İndi sizinlə yeni fotosessiyamı bölüşürəm. “Boho style” adlanan foto-layihəmiz üzərinə böyük komanda çalışıb. Obrazım üzərində Zümrüd Mirzəliyeva, Lamiyə Ağababayeva və Aygün çalışıb. Bir neçə həftə sonra isə iddialı mahnı və klip sizi gözləyir”.
(publika)