Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi İlham Əliyevi dəstəkləyir
Özündə azərbaycanlı, çex, belarus, ukraynalı elm və iş adamlarını, tanınmış siyasətçiləri birləşdirən Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevi dəstəkləyən bəyanatla çıxış edib.
Bəyanatda qeyd edilir ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, abadlıq və quruculuq işləri, həmçinin ictamai-siyasi sabitlik böyük məmnunluq hissi yaradır.
Bildirilir ki, Çexiya və Azərbaycan Elm və Mədəniyyət Mərkəzi cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasəti dəstəkləyir. Bəyanatda o da vurğulanıb ki, Çexiya və Azərbaycan Elm və Mədəniyyət Mərkəzi Azərbaycanda fəaliyyət göstərən müvafiq qurumlarla səmərəli əməkdaşlıq əlaqələri qurmağa nail olub. Çexiya və Azərbaycan Elm və Mədəniyyət Mərkəzi Azərbaycan xalqının xoş rifahı naminə cənab İlham Əliyevin 11 apreldə keçiriləcək prezident seçkilərində qalib olacağına, onun rəhbərliyi ilə Azərbaycan Respublikasının gələcəkdə yeni-yeni nailiyyətlər əldə edəcəyinə inanır. Bunun üçün İlham Əliyevə bu seçkilərdə uğurlar arzu edir.