\
26 Aprel 2024 - Cümə

Azərbaycanlı şairin şeiri Amerikanın məşhur “Spillwords” saytında yer alıb - Eksklüziv - FOTOLAR

Azərbaycanlı şairin şeiri Amerikanın məşhur “Spillwords” saytında yer alıb - Eksklüziv - FOTOLAR
5343baxış

Azərbaycanlı şair-publisist Ümid Nəccarinin “Bir çətirlik Vətən” şeiri Amerikanın məşhur “Spillwords” ədəbiyyat və incəsənət saytının manşetində dərc edilib.

Mediapress.az-ın məlumatına görə, şairin bir çox şeirləri bundan öncə də xarici mətbuatda işıq üzü görüb.

https://spillwords.com/a-homeland-of-a-size-of-umbrella

“İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan  və bir çox ölkələrin mətbu orqanlarında şeirlərim və yazılarım tərcümə olunaraq işıqlandırılıb. Əldə etdiyim məlumata görə, oxucular tərəfindən maraqla qarşılanıb. Yaradıcılığıma verilən qiymətə görə oxucularıma təşəkkür edirəm”, - deyən Ümid Nəccari 3 kitab müəllifidir.

Onun sözlərinə görə, yaxın zamanlarda şeirlərindən ibarət daha bir kitabı da oxuculara təqdim ediləcək.

Könül Aypara