\
24 Noyabr 2024 - Bazar günü

Kukla Teatrının kollektivi Prezidentə təşəkkür ünvanladı - "Ordumuz tezliklə işğal altında olan torpaqlarmızı işğalçılardan təmizləyəcək!"

Kukla Teatrının kollektivi Prezidentə təşəkkür ünvanladı - "Ordumuz tezliklə işğal altında olan torpaqlarmızı işğalçılardan təmizləyəcək!"
4834baxış
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə
 
Hörmətli Cənab Prezident!
 
 
Uzun illərdir işğal altında olan müqəddəs torpaqlarımızın mənfur düşməndən azad edilməsi yolunda Sizin rəhbərliyinizlə atılan qətiyyətli addımlar xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında ordumuza və insanlarımıza güc verir.
Ümidvarıq ki, Sizin – Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz tezliklə işğal altında olan torpaqlarmızı işğalçılardan təmizləyəcək və xalqımız Qarabağın hər bir yerində bu qələbə bayramını qeyd edəcək. Xalqımız qəbul etdiyiniz hər bir qərarı alqışlayır və bu haqq savaşında yanınızda olduğunu bəyan edir.
Bu gün Azərbaycan Ordusu öz dövlərimizin ərazi bütovlüyünü qoruyur, müdafiə edir. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Sizin də dediyiniz kimi "Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik."
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı cəsarətli addımlarınızı daim dəstəkləyir, bu şərəfli missiyanın uğurla başa çatdırılmasında, doğma Qarabağımızın düşmənlərdən tam azad olunmasında uğurlar arzulayır. Bildiririk ki, biz yekdilliklə Sizin əmrinizlə ön cəbhədə də vuruşa hazırıq. Təki bu haqq savaşında qələbə qazanaq. Xalqımızın bütün fərdləri kimi Sizə inanır və son nəfəsədək yanınızda olduğumuzu bəyan edirik.
 
Hörmətlə, kollektiv adından teatrın direktoru Rəşad Əhmədzadə.