\
25 Noyabr 2024 - Bazar ertəsi

Türkan Şorayın səhhəti AĞIRLAŞDI

Türkan Şorayın səhhəti AĞIRLAŞDI
1933baxış

Keçən il kuşinq sindromu xəstəliyindən əməliyyat olunan Türkan Şorayın səhhəti ağırlaşıb.

Medeiapress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bağırsaqlarına infeksiya düşən əfsanəvi kino ulduzu bazar ertəsi təcili xəstəxanaya yerləşdirilib. Türk kinosunun sultanı artıq 3 gündür ki, xəstəxanada müalicə alır. Bir müddətdir yemək yeməkdə çətinlik çəkən aktrisanın arıqladığı deyilir.

Xatırladaq ki, keçən ilki əməliyyatdan sonra Türkan Şoray 12 kq arıqlamışdı. Qeyd edək ki, kuşinq sindromu bədəndə həddindən artıq miqdarda kortizol hormonu istehsalı nəticəsində ortaya çıxan bir xəstəlikdir.