\
29 Mart 2024 - Cümə

Nyu-York şəhərində "Turan" ansamblı təsis edilib

Nyu-York şəhərində "Turan" ansamblı təsis edilib
1127baxış
Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, 2012-ci ildə Nyu-Yorkda "Azərbaycan Mədəniyyət Mərkəzini təsis edən Telman Cəlilin təşəbbüsü ilə “Turan” adlı musiqi ansamblı yaradılıb.

Mediapress.az xəbər verir ki, ansamblın yaradılmasında əsas məqsəd Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq və təbliğ etmək, ölkələrimiz arasında mövcud dostluq münasibətlərini daha da möhkəmləndirməkdir.

Ansamblın üzvləri Azərbaycanın xalq musiqisinə marağı olanlar üçün dərslər də təşkil edəcək.