\
29 Mart 2024 - Cümə

Mövlud Çavuşoğlu Anar Kərimovla görüşdü - Foto - "Azərbaycanın haqlı davasının arxasındayıq”

Mövlud Çavuşoğlu Anar Kərimovla görüşdü - Foto - "Azərbaycanın haqlı davasının arxasındayıq”
1545baxış
Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu barədə Çavuşoğlu öz feysbuk səhifəsində məlumat verib.

“İşğal zamanı ziyan görmüş Dağlıq Qarabağda Azərbaycan mədəni irsinin bərpası üçün hər cür dəstəyi təmin edəcəyik. UNESCO başda olmaqla beynəlxalq platformalarda Azərbaycanın haqlı davasının arxasındayıq”, - deyə XİN rəhbəri qeyd edib.