\
20 Aprel 2024 - Şənbə

Məşhur opera müğənnisi koronavirusdan öldü

Məşhur opera müğənnisi koronavirusdan öldü
1824baxış

Məşhur opera müğənnisi, SSRİ-nin Xalq artisti Yevgeni Nesterenko vəfat edib. Bununla bağlı Rusiya KİV məlumat yayıb. Bildirilib ki, mədəniyyət xadimi Vyanada koronavirusdan dünyasını dəyişib.

83 yaşlı müğənni bir müddət əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, 1938-ci ildə Moskvada anadan olmuş Nesterenko ömrünün son illərini Rusiya ilə yanaşı Vyanada yaşayıb. O, Rusiyada dəfn olunacaq.