\
20 Sentyabr 2024 - Cümə

Azərbaycanlı fotoqraf Ülviyyə Şahbazova Rusiyadakı festivalda münsif olacaq - FOTOLAR

Azərbaycanlı fotoqraf Ülviyyə Şahbazova Rusiyadakı festivalda münsif olacaq - FOTOLAR
1285baxış

Mediapress.az xəbər verir ki, Rusiyada yaşayan Azərbaycanlı operator, DJ, fotoqraf Ülviyyə Şahbazova Rusiyada “Moskva mənim evimdir” adlı milli mədəniyyət festivalındakı iştirakına görə mükafata layiq görülüb.

Müxtəlf ölkələrin fotoqraflarının iştirak etdiyi festivalda Azərbaycanlı fotoqraf növbəti layihə üçün vəsiqə qazanıb. Belə ki, iyunda Rusiyada keçiriləcək olan fotoqraflar müsabiqəsində 3 münsifdən biri də Azərbaycanlı fotoqraf Ülviyyə Şahbazova olacaq.

Bu günlərdə Bakıya gələn fotoqraf gəlişinin səbəbsiz olmadığını da vurğuladı. Bildirdi ki, Aprelin 27-dən başlayan “Formula-1” yarışları üçün gəlib:

“Artıq gözəl Bakımıza “Formula-1” yarışlarına ev sahibliyi edir. Bu səbəbdən vətənimdə olmağımın zəruri olduğunu düşündüm. Bu il “Formula-1” yarışında ötən ilə nisbətən çox dəyişikliklər olub. Çox məşhur bir yarışdır. Azərbaycanda Formula yarışları yüksək səviyyədə keçirilir və lazımi səviyyədə təhvil verilir. Mənim iştirakçısı olduğum Marşallar üçün də hər bir şərait yaradılıb”.

Ülviyyə Şahbazova gənclərin bu işə daha isti yanaşmalarını və Formula yarışların onların bundan sonrakı həyatlarına müsbət təsir edəcəyini də bildirdi: “Bizim gənclər madiyyatı üstün tutub, mənəvi inkişafdan geri qalırlar və bəzən bu yarışla maraqlanmırlar. Əgər bu sahə ilə maraqlanıb bunun bir parçası olsalar nə qədər yeniliklər, dost-tanış və ruhən inkişaf etdiklərini görərlər”.

Hər ilki kimi yenə də yarışlarda flag marshall olaraq çalışan fotoqraf bu sənəti sevdiyini deyir:

“Əslində, flag marshall olmaq çox məsuliyyətli bir işdir və maraqlı sahədir. “Sektor-14” adından bu yarışları keçirənlərə təşəkkür edirəm. Çünki bu yarış vasitəsi ilə gənclərə böyük şans yaradırlar. Şəhərimiz çox gözəl görünür. Mən yarışdan sonra hər dəfə internetdən yarışın necə keçirildiyinə yenidən baxıram və

görürəm ki, şəhərimiz çox gözəl görünür və özü də yüksək səviyyədə keçirilir. Bizim sektorun rəhbəri Murad Alim hər Marshala görə məsuliyyət daşıyır və olduqca diqqətlidir”.