\
25 Noyabr 2024 - Bazar ertəsi

«QİSASÇILAR: SONSUZLUQ SAVAŞI» tezliklə IMAX formatında Park Cinema ekranlarında! - VİDEO - FOTOLAR

«QİSASÇILAR: SONSUZLUQ SAVAŞI» tezliklə IMAX formatında Park Cinema ekranlarında! - VİDEO - FOTOLAR
1136baxış

“QİSASÇILAR: SONSUZLUQ SAVAŞI” BÜTÜNLÜKDƏ IMAX® KAMERASI İLƏ ÇƏKİLMİŞ İLK HOLLİVUD FİLMİ OLDU

Mediapress.az xəbər verir ki, IMAX və MARVREL əməkdaşlığının 10 illiyini «QİSASÇILAR: SONSUZLUQ SAVAŞI» blokbasterinin nümayişi ilə qeyd edəcək.

MARVEL kino kainatının bütün personajlarının ilk dəfə olaraq bir araya toplaşdığı «QİSASÇILAR: SONSUZLUQ SAVAŞI» filmi ilk səhnədən tutmuş sonuncuya kimi bütünlüklə IMAX kamerası ilə çəkilmiş ilk bədii Hollivud filmidir. Çəkiliş zamanı ALEXA IMAX kamerasından istifadə olunmuşdur.

Tanınmış rejissorlar öz sənət əsərlərini ərsəyə gətirmək üçün artıq IMAX avadanlığından istifadə etmişlər, məsələn Kristofer Nolan, Rayan Conson, Maykl Mey və Russo qardaşları. Lakin indiyə kimi bu kamerdan istifadə qismən olmuşdur.

Park Cinema kinoteatrlarında MARVEL «QİSASÇILAR: SONSUZLUQ SAVAŞI» filmi geniş 1.9:1 nisbətində nümayiş edilərək bütün ekranda əks olunacaq. Görüntü standard kinozallardan 26% daha çox olacaq. Bu isə daha çox görüntü, maksimal dərəcədə kinoya qərq olma və unudulmaz təəssüratlar deməkdir.

FİLMİ GENİŞ FORMATDA 3 MAY 2018-DƏN ETİBARƏN PARK CİNEMA KİNOTEATRLARINDA İZLƏMƏK MÜMKÜNDÜR

«QİSASÇILAR: SONSUZLUQ SAVAŞI» filmi haqda

10 il ərzində MARVEL kainatının unikal süjetləri tədricən böyük tarix yaratmışdır. Yeni MARVEL «QİSASÇILAR: SONSUZLUQ SAVAŞI» filmində izləyicləri zamanların ən həlledici və möhtəşəm toqquşması gözləyir. İlk dəfə Qisasçılar komandası, Qalaktika qoruyucuları, Hörümcək Adam və digər super qəhrəmanlar böyük ekranda toplaşacaq. Müttəfiqlər Kainata dağıdıcı zərbə vurmaq və onu məhv etməyə hazırlaşan Tanosa qarşıdura bilmək üçün hər şeyi qurban verməli olacaqlar.

IMAX kameraları haqda

65 mm ALEXA IMAX®kamerası — 2D rəqəmsal kameraların yeni nəslidir, APPI və IMAX əməkdaşlığı ilə istehsal olunub.

ALEXA IMAX® kamerası ilk dəfə Co və Entonni Russo tərəfindən «BİRİNCİ QİSASÇI: QARŞIDURMA» filminin hava limanında döyüş səhnəsinin çəkilşləri zamanı istifadə olunmuşdu. Müasir IMAX DMR®

(Digital Media Remastering – rəqəmsal dəyişdirmə) texnologiya ilə birgə ALEXA IMAX® kamerası filmin çəkilişi və nümayişi zamanı yüksək keyfiyyət əks etdirir, bu da dəqiqlik, xırda detallar, parlaq rənglər, yüksək dinamik diapazon və kontrastı ötürməyə imkan verir.

IMAX haqda

IMAX korporasiyası - adi filmi möhtəşəmə çevirməyi bacaran əyləncə sahəsində ən qabaqcıl beynəlxalq şirkətlərdən biridir. Dünyanın qabaqcıl rejissor və kino studiyaları IMAX kinoteatrlarından "filmə qərq olma" effektini yaratmaq üçün istifadə edirlər, bu səbəbdən IMAX kinoteatrları dünyanın ən parlaq filmlərinin kommersiya icarəsi üzrə ən mühüm və müvəffəqiyyətli məkan hesab olunurlar.

Park Cinema kinoteatrları haqda

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı, Quba və Mingəçevirdə yerləşən regional kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir. 

Könül AYPARA