\
25 Aprel 2024 - Cümə axşamı

Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb

Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
1621baxış

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın 2 mədəniyyət xadimini mükafatlandırıb.

Rusiyanın hüquq informasiya portalının verdiyi məlumata görə, Vladimir Putinin 11 may 2021-ci il tarixli Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə, teatrın direktoru Ədalət Hacıyev isə “Puşkin” medalı ilə təltif edilib.

Rusiyanın dövlət mükafatları Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi böyük töhfələrə görə verilib.