\
24 Aprel 2024 - Çərşənbə

Məşhur hindli yoqa ustası İşərişəhəri gəzib - FOTOLAR

Məşhur hindli yoqa ustası İşərişəhəri gəzib - FOTOLAR
1959baxış
Dünyada Sadhquru adı ilə tanınan məşhur hindistanlı yoqa ustası və mistik Caqqi Vasudev ölkəmizə səfəri çərçivəsində İçərişəhəri də ziyarət etib. Mediapress.az-ın məlumatına görə, çoxsaylı kitabların müəllifi olan quru “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qarşılanıb, Bakının tarixi-memarlıq incisi Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, “Sıratağlı” Dini-Memarlıq Kompleksi və Bəylər məscidini ziyarət edib. “Sıratağlı” Dini-Memarlıq Kompleksində qədim dövrlərdə atəşpərəstlik məbədinin olduğunu öyrənən məşhur mistik Odlar yurdunun mərkəzindən xoş təəsüratla ayrılıb.