\
24 Aprel 2024 - Çərşənbə

Aktyor xəsarət aldı - filmin çəkilişləri dayandııldı

Aktyor xəsarət aldı - filmin çəkilişləri dayandııldı
1138baxış

Amerika aktyoru Harrison Ford "İndiana Cons" filminin beşinci hissəsinin çəkilişlərində xəsarət alıb.

Mediapress.az xəbər verir ki, bu barədə “The Walt Disney Company”nin bəyanatına istinadən "Deadline" yazıb.

Bildirilir ki, döyüş səhnəsi məşqinin gedişatında baş rolun ifaçısı, 78 yaşlı Fordun çiyni zədələnib.

Çəkiliş komandası filmin istehsalını davam etdirəcək, hazırda zəruri müalicə kursunun qiymətləndirilməsi keçirilir. Zərurət olduqda çəkilişlərin qrafiki dəyişdiriləcək.

Filmin premyerası 29 iyul 2022-ci ilə planlaşdırılıb. Filmin çəkilişlərində Mads Mikkelsen, Boyd Holbruk, Fibi Uoller-Bric və başqaları iştirak edirlər. Filmin rejissoru Ceyms Menqolddur. O, daha əvvəl "Loqan" və "Ford Ferrariyə qarşı" ekran əsərlərini ərsəyə gətirib.

Layihənin prodüserlərindən biri filmin əvvəlki seriyalarını çəkmiş Stiven Spilberqdir. Yeni "İndiana Cons"un musiqisini bəstəkar Con Uilyams bəstələyəcək. O, əvvəlki hissələrin hər biri üzərində işləyib.