Sabiq baş nazirin çəkdiyi rəsm əsəri 1,8 milyon dollara satılıb
1181
Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçilin (1874-1965) çəkdiyi rəsm əsəri Nyu-Yorkda keçirilən auksionda 1,8 milyon ABŞ dollarına satılıb.
Mediapress.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Phillips” auksion evinin saytında məlumat dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, rəsm əsəri 1921-ci ilin yayında çəkilib. Şəkildə kiçik ingilis şəhərciyinin yaxınlığında meşə və su ilə dolu xəndək təsvir olunub.
Rəsm əsəri əvvəllər yunan iş adamı Aristotel Onassisin (1906-1975) kolleksiyasında saxlanılırmış.
Xatırladaq ki, mart ayında U.Çörçilin başqa bir əsəri “Christie's” auksion evində 11,6 milyon ABŞ dollarına satılmışdı. Həmin rəsmi ABŞ aktrisası Angelina Coli satışa çıxarmışdı.