\
25 Noyabr 2024 - Bazar ertəsi

“Dolu” filmi təqdim olunacaq - Görmə və eşitmə qüsuru olanlar üçün...

“Dolu” filmi təqdim olunacaq - Görmə və eşitmə qüsuru olanlar üçün...
1869baxış

Mediapress.az xəbər verir ki, mayın 07-də Nizami Kino Mərkəzi “Kino hər kəs üçün” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Əlil Ziyalılar İctiami Birliyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün tiflo tərcümə edilmiş milli “Dolu” filmini təqdim edəcək.

Qeyd edək ki, 2018-ci ildə qalib olduqları “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində Azərbaycan Əlil Ziyalılar ictimai Birliyi tərəfindən “Dolu” bədii filminin tiflo və surdotərcüməsi hazırlanıb.

Nümayişdə dövlət və qeyri-hökumət təşkilatları, eləcə də görmə və eşitmə imkanları məhdud şəxslər iştirak edəcək.

Azərbaycanda ilk dəfə Nizami Kino Mərkəzinidə “Kino hər kəs üçün” layihəsi çərçivəsində danişma və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi tiflo və surdotərcümə olunmuş filmlərin təşkili və nümayişi təmənnasız keçirilir.

Könül AYPARA