\
20 Sentyabr 2024 - Cümə

Azərpaşa Nemətov Fuad Poladovun ölüm xəbərinə belə reaksiya verdi: "Ölüb, Allah rəhmət eləsin!"

Azərpaşa Nemətov Fuad Poladovun ölüm xəbərinə belə reaksiya verdi: "Ölüb, Allah rəhmət eləsin!"
1903baxış

Biz də, mədəniyyət naziri də, nazir müavini də saat 7-dən ayaqdayıq.

Bu fikirləri yenicag.az-a açıqlamasında bu gecə dünyasını dəyişən xalq artisti Fuad Poladov üçün rəsmi vida mərasimi keçirilməməsinə aydınlıq gətirən Rus Dram Teatrının direktor müavini İlham Məmmədov deyib:
 
Onun sözlərinə görə, mərhum aktyor cənazəsinin evindən götürülməsini özü vəsiyyət edib:
"Rəhmətlik özü evindən götürülməsini istəmişdi. Onun vəziyyətini Mədəniyyət Nazirliyi də, Prezident Administrasiyasında da bilirdilər. Ancaq yenə deyirəm, rəhmətlik özü istəmişdi ki, evindən götürülsün və "Qurd qapısı"nda dəfn edilsin.
Teatrıın kollektivi olaraq, biz də, mədəniyyət naziri də, nazir müavini də saat 7-dən ayaqdayıq. Dəfn saat 2-də olacaq. Bütün aktyorlar, hamımız mərasimə getməyə hazırlaşırıq. Nə lazımdırsa, edəcəyik".
Azərbaycan Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov isə sualımızı cavabsız qoyub:
"Ölüb, Allah rəhmət eləsin! Mən xəstəyəm, yatıram".

Mediapress.az