Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb
1849
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb.
Mediapress.az APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:
"Bilirsiniz ki, atam ötən il insult keçirmişdi. Səhhətində hazırda ciddi problem yoxdur. Sadəcə növbəti müayinə və müalicə üçün gedib".