\
20 Sentyabr 2024 - Cümə

"Eurovision-2018" mahnı müsabiqəsinin rəsmi açılışı olub

"Eurovision-2018" mahnı müsabiqəsinin rəsmi açılışı olub
1809baxış

Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision" beynəlxalq mahnı müsabiqəsi rəsmi olaraq start götürüb. Mediapress.az-ın xəbərinə görə, bu barədə müsabiqənin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir. 

Məlumata görə, təntənəli açılış mərasimi Lissabonun İncəsənət, memarlıq və texnologiya Muzeyində keçirilib. 

Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"-in birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.