Yaqub Zurufçunun həyat yoldaşı Prezidentə və Birinci vitse-prezidentə təşəkkür edib
"Yaqub Zurufçuya göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm".
Bunu "Report"a açıqlamasında Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu deyib.
O bildirib ki, hazırda "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsində müalicə olunan müğənni bütün dərəmanlarla təmin olunur, lazımı prosedurlar həyata keçirilir: "Heç bir dərmana, ya da əlavə bir köməyə ehtiyacımız yoxdur. Dövlətimiz tərəfindən lazımi bütün tədbirlər görülür. Az öncə Yaqub bəyin həkimi ilə danışmışam. Məni yanına buraxmırlar. Ancaq həkimlər deyir ki, əllərindən gələn bütün imkanlardan istifadə edirlər".
Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfər aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.