Xalq artisinin vəziyyəti ağırlaşdı - Reanimasiyaya yerləşdirildi
1457
Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifovun vəziyyəti ağırlaşıb.
Mediapress.az xəbər verir ki, Xalq artistin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan apa.az-a verilən məlumata görə, ürəyində problem yaranan V. Şərifovun vəziyyəti ağır olaraq qalır.//redaktor