\
24 Noyabr 2024 - Bazar günü

“Mədəniyyət” kanalına yeni direktor təyin olundu

“Mədəniyyət” kanalına yeni direktor təyin olundu
1882baxış
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək.
 
AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən KİV-ə verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib.
Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.
 
Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin baş rejissoru vəzifəsində çalışıb.