Nazir: "Şuşada konservatoriya bərpa oluna bilər"
![Nazir: "Şuşada konservatoriya bərpa oluna bilər"](https://img.mediapress.az/news/2022/02/photo_20462.jpg)
1632baxış
"Şuşada konservatoriyanın bərpası ilə bağlı təkliflər var".
Bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.
Onun fikrincə, Şuşanın ənənələri özünə qayıtmalıdır: "Müəssislərimiz bərpa edilməlidir. Şuşanın Baş planı hazırlanır və mədəniyyət mərkəzlərinin bərpası Baş planda yer alıb".