\
24 Noyabr 2024 - Bazar günü

Britaniya Film festivalına start verildi

Britaniya Film festivalına start verildi
1884baxış

Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin otuzuncu ildönümü ərəfəsində British Council, Böyük Britaniya səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edərək hər il keçirilən Britaniya Film Festivalının yeddinci buraxılışına start verir.

Mediapress.az xəbər verir ki, festival bu il filmlərin 3-15 mart 2022-ci il tarixlərində Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayiş etdirilməsi ilə keçiriləcək. Ən həyəcanverici, düşündürücü və bəyənilən yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətirilib. Britaniya Film Festivalının 2022-ci il buraxılışı qlobal iqlim təhlükəsini əməkdaşlıq, dialoq və fəaliyyət imkanları yaradaraq diqqət mərkəzinə çəkir.
Festival Oskar laureatı aktyorlar Cim Brodbent və Helen Mirrenin unudulmaz tərəfdaşlığı ilə ekranlarda iz qoyan, oğurluq və ədalət uğrunda mübarizədən bəhs edən “HERSOQ” retro-komediyası ilə açılacaq.
“İNSANLAR İQLİM DƏYİŞİKLİYİNƏ QARŞI” və “SƏRHƏDLƏRİN MƏHVİ: PLANETİMİZ HAQQINDA ELM” sənədli filmləri bütündiqqətləri iqlim təhlükəsinə və bəşəriyyətin planetimizi xilas etmək üçün nə edə biləcəyinə çəkəcək.
Bildirək ki, media nümayəndələrinin də iştirakı ilə 3 mart, saat 18:30-da Nizami Kino Mərkəzində festivalın açılışı baş tutmuşdur.
Azərbaycanda Britaniya Film Festivalı British Council-ın Azərbaycandakı nümayəndiliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilir.
British Council-ın Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo:
“Mən ürəkdən sevinirəm ki, British Council-ın daha bir neçə mükəmməl Britaniya filmini Azərbaycana gətirməsini dəstəkləyə bilmişik. Bu il həm Birləşmiş Krallıq və Azərbaycan münasibətlərinin otuzuncu ildönümü olmasına görə, həm də keçən ilin noyabrında keçirilmiş Qlazqo İqlim Sammitinin nəticələrini tez zamanda tətbiq edə bildiyimizə görə çox vacibdir. Builki festivalın mövzusu iqlim dəyişikliyidir və biz filmlərin auditoriyanı əyləndirəcəyinə, maarifləndirəcəyinə və insanlara ilham verəcəyinə ümid edirik. Yeddinci Britaniya Film Festivalı ilə Birləşmiş Krallığın ən yeni və yaxşı filmlərini Azərbaycan auditoriyasına təqdim etməkdən sevinc duyuruq. Bunu yenidən şəxsən etmək və əsl kinoteatr təcrübəsi yaşamaq üçün yenidən kinoteatrlara gələn insanları qarşılamaq daha da xoşdur. Builki mövzu iqlim dəyişikliyi ilə mübarizə baxımından çox əlamətdar vaxta təsadüf edir və film istehsalının maarifləndirmədə, müzakirələrin yaranmasında və daha yaxşıgələcək üçün qlobal həll yollarına töhfə verməkdə oynadığı rolu nümayiş etdirir. Fürsətdən istifadə edib tərəfdaşlarımız Nizami Kino Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına və Cool Connections İncəsənət Assosiasiyasına təşəkkürümüzü bildiririk. Britaniya Film Festivalı bizim bərabərlik, müxtəliflik və inklüzivlik prinsiplərinə sadiqliyimizi filmlərlə ifadə edir. Bütün filmlər ingilis dilində nümayiş etdiriləcək”. 
Festivalın treylerinə buradan baxa bilərsiniz:http://bit.ly/britishfilmfestival
Qeyd edək ki, biletləri Nizami Kino Mərkəzinin kassalarından və www.nizamicinema.az saytından əldə edə bilərsiniz.