\
24 Noyabr 2024 - Bazar günü

Azərbaycanın Əməkdar rəssamı həbs edildi

Azərbaycanın Əməkdar rəssamı həbs edildi
1890baxış
Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərov həbs edilib.
 
 
Mediapress.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.
 
 
O bildirib ki, Azərbaycandakı ən böyük abidəsi olacaq şair İmadəddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlayan Ələkbərov Rəşad Böyükağa oğlu AR CM-nin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
 
 
"Az ağır cinayətlə ittiham olunmasına, ibtidai istintaq orqanının çağırışlarından yayınmamasına baxmayaraq bu gün barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib.