\
13 Oktyabr 2024 - Bazar günü

"Kino günü" mükafatının qalibləri kimlər oldu?

"Kino günü" mükafatının qalibləri kimlər oldu?
1644baxış

Bugün.tv xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü ənənəvi olaraq mükafatlandırdığı kinematoqrafçıların bu ilki siyahısını açıqlayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, 2022-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar təltif olunublar:

• İlkin Yusif – “Mən qəhrəman axtarıram” sənədli filminin uğurlu rejissor həllinə görə;

• Rəşid Ağamalıyev – Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə;

• İntiqam Hacılı – Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə diplom və pul mükafatına layiq görülüblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir.

Xatırladaq ki, bu vaxta qədər Xalq yazıçısı Anar, kino rəssamı Firəngiz Qurbanova, diplomat və ictimai xadim Ramiz Abutalıbov, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu, mərhum aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, aktyor Fərhad İsrafilov, kinorejissor Murad İbrahimbəyov, kinorejissor Cahangir Zeynallı, operator Yuri Varnovski, bəstəkar Rauf Əliyev, rejissor Mirbala Səlimli, kinoşünas Sevda Sultanova, aktrisa Zülfiyyə Qurbanova və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.

Mediapress.az