\
25 Aprel 2024 - Cümə axşamı

Müslüm Maqomayevin məzarı ziyarət olunub

Müslüm Maqomayevin məzarı ziyarət olunub
1224baxış

Dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda məzarı ziyarət olunub.

"Report" xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, iş adamı Emin Ağalarov, Xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət və ictimaiyyət nümayəndələri, media əməkdaşları iştirak ediblər.

Nazir çıxışı zamanı Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açıb: "Müslüm Maqomayev tək Azərbaycan üçün bütün dünya üçün töhfələr vermiş şəxsiyyətlərdəndir. O, peşəkar müğənni olmaqla yanaşı həm də gözəl insan idi. Bu gün biz onun xatirəsini hörmətlə yad edirik. O hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaqdır".

Çıxış edən Tamara Sinyavskaya Müslüm Maqomayevin daima xatirələrdə yaşayacağını bildirib.