\
25 Aprel 2024 - Cümə axşamı

Prezidentdən Nəsibə Abdullayeva ilə bağlı - Sərəncam

Prezidentdən Nəsibə Abdullayeva ilə bağlı - Sərəncam
1109baxış

Prezident İlham Əliyev Nəsibə Abdullayeva haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.

Qeyd edək ki, N. Abdullayeva Azərbaycanda “Səndən nigaranam” mahnısı ilə məşhurlaşıb.