\
24 Noyabr 2024 - Bazar günü

Gənc Tamaşaçılar Teatrındakı özbaşınalıqla bağlı - AÇIQLAMA - FOTOLAR

Gənc Tamaşaçılar Teatrındakı özbaşınalıqla bağlı - AÇIQLAMA - FOTOLAR
3692baxış
Gənc aktyor, mərhum şair Nüsrət Kəsəmənlinin 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuş nəvəsi Cavidan Kəsəmənli sosial şəbəkələrdəki səhifəsində Gənc Tamaşaçılar Teatrının rəhbərliyindən şikayətlənib. 
 
Mediapress.az C.Kəsəmnlinin statusunu olduğu kimi diqqətinizə çatdırır: 
 
"Dostlarım, xüsusiylə də jurnalist tanışlarım. Diqqətlə oxuyun postumu və dəstək olun. Bugün Gənc Tamaşaçılar Teatrnın rəhbərliyinin vəzifəsindən sui istifadəsi ilə bağlı müxtəlif saytlarda müsahibəm dərc olundu. (Oxumayanlar profilimdə baxa bilərlər) Əlqərəz, bütün xırdalığı ilə nələr olduğunu qeyd etdim. Hərbi xidmətdən sonra ixtisasım üzrə adıçəkilən teatra müraciət etdim, son dərəcə məsuliyyətsiz rəhbərlikləri var, səbəbini müsahibəni oxuyanda bilərsiz. 4-5 dəfə məni yarıyoldan evə qaytardıqdan sonra nəhayət görüş baş tutdu, qısaca mənə dedilər yer yoxdu olan kimi səni çağıracayıq. Qısa müddət sonra bir neçə nəfər mənim yaşıdlarım oğlanları işə götürdülər. Yəqin daşım ağırdı yer tapa bilmirlər mənə. Gülməlisi bilirsiz nədi? Həmin o rəhbər yəni Naidə İsmayılzadə jurnalistin bu mövzu ilə bağlı sualına cavab olaraq:
O, müraciət edəndə teatrda yer və ştat yox idi. Teatrda kimlərsə təqaüdə çıxmalıdır ki, yer boşalsın. Bu kimi hallar teatrda uzun məsələdir. Bizim yeni siyahımız da var, kimləri qəbul edib, söhbət etmişik, kimləri gələcəkdə teatra götürə bilərik."
Belə demişdi bəli, naidə xanım bəs nə oldu 9 ay keçib və hələ mən bildiyim neçə nəfəri özünüz ştata qəbul etmisiz. O vaxtları yer yox idi tutaq ki, bəs sonra ? Buna cavab vermir. Mənim təhsil əziyyətim, vətən xidmətim, müharibə iştirakçılığım sizin üçün belə ucuzdu? Nəzərə alın götürdükləri heç bir "aktyor" da məndə olan üstünlük yoxdu. Nə təhsil nə fiziki görünüş olaraq. Və ən əsası bir neçəsi hərbi xidmətdən yayınanlardı, əminəm araşdırıla bilər. Dediklərimə son dərəcədə cavabdehəm. İndi belə insana özünüz qiymət verin. Sonra deyilməsin ki niyə Azərbaycanda incəsənət yoxdur. Belə bir tərəfkeş, vəzifəsindən sui istifadə edən bir insan,ölkənin başlıca teatrlarından birinə rəhbərlik edirsə bu çox ciddi problemdir. Sizdən tək istəyim bunu ictimailəşdirməkdə mənə kömək etməyinizdi. Unutmayın, haqsızlıq hər kəsin başına gələ bilər. Buna susmaq qəbullanmaq dəməkdi. Diqqətiniz üçün var olun."
 
Qarşı tərəfin fikrini öyrənmək üçün GTT-nın direktoru Naidə İsmayılzadə ilə də əlaqə saxladıq. O. Mediapress.az-a baş verənlərlə bağlı açıqlama verdi^
"Teatrımızın baş rejissoru var - Mehriban xanım, ona deyərəm görüşər, söhbət edər. Burada heç bir problem yoxdur. Amma bu o demək deyil ki, Cavidan Kəsəmənli sabah hansısa işlə təmin olunacaq. İmkan var, Mehriban xanım yoxlasın, həqiqətənmi çox istedadlı bir uşaqdır və nəsə edə bilərikmi... Bu, teatrdaxili məsələdir. Teatrda direktor tam hökmran deyil, baş resjissorla, kadrlar şöbəsi ilə məsləhətləşir. Azərbaycanda Gənc Tamaşaçılar teatrı ölkədə yeganə teatr deyil, 26 teatrımız var. Başqa teatrlara da müraciət etmək olar."