“CinemaPlus”da yeni DC personajı “Black Adam” filminin premyeradan öncə nümayişi keçirilib
Bakı, 21 oktyabr, Mediapress.az
CinemaPlus” premium kinoteatrında “Black Adam” Amerika super qəhrəmanı filminin premyeradan öncə nümayişi keçirilib.
Kinoteatrdan Mediapress.az-a bildirilib ki, gecənin yaddaqalan hissəsi Aleksandr Barkovun rəhbərlik etdiyi “ASgarden” işıq şousu olub.
Filmin rejissoru Jaume Kolyet-Serradır, baş rollarda Dueyn Conson, Sara Şahi və Pirs Brosnan çəkilib.
Misir tanrılarının qüdrətli güclərini əldə etdikdən sonra “Black Adam” (Conson) düşmənləri tərəfindən əbədi həbs olunur. 5000 il sonra azad edilən Adam müasir dünyaya düşür və burada özünəməxsus unikal ədalət forması yaradır.
Qeyd edək ki, film üç dildə rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin “Black Adam” filmini kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləmək imkanı olacaq.