\
26 Aprel 2024 - Cümə

Xanəndə Süleyman Abdullayev dəfn olunub - FOTO

Xanəndə Süleyman Abdullayev dəfn olunub - FOTO
1367baxış

Əməkdar artist, xanəndə Süleyman Abdullayev dəfn olunub. 

APA xəbər verir ki, əvvəlcə mərhum sənətkarla evində və Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimda Süleyman Abdullayevin ailə üzvləri, sənət dostları ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Daha sonra dəfn olunmaq üçün Müşfiqabad qəbiristanlığına aparılıb və ailə məzalığında dəfn olunub.

Qeyd edək ki, "Dədə Süleyman" kimi tanınan əməkdar artist bu gün səhər vəfat edib.