"Teatrda işləyib, acından ölürəm" -Əməkdar artist
Əməkdar artist Münəvvəl Əliyeva teatrda maaşların az olmasından gileylənib.
Axşam.az xəbər verir ki, Akademik Milli Dram Teatrının aktrisası "Səhərin səsi" proqramında məsələ ilə bağlı bunları deyib:
"Ötən il nazir "Tərəqqi" medalı təqdim edəndə iki söz dedim: insan peşə seçəndə, qarşısında iki məqsəd olur. Ya çox pul qazanıb ev, maşın alacaqsan, gözəl şərait yaradacaqsan. Ya da elə sənət seçməlisən ki, öləndən sonra da ölümsüzlük qazanasan. Özümdən sonra nəsə qoymalıyam. Əslində, veriləcək bu dəyərlər, adlar bizə nəsə etmir, nəyisə dəyişmir. Teatr elə sahədir ki, burada işləyənlərə "fanat" deyirlər. Əvvəllər bizi dəli adlandırırdılar. Bu sahədə olanlar nə populyarlıq qazanır, nə ev-eşik alır, nə də şərait yaradır. Mümkünsüzdür... Nə də ki, kimsə teatr aktyorunu toya çağırıb demir ki, filan sözü de, 5 manat verəcəyəm. Yaxud da bizim işdə rüşvət yoxdur".