\
20 Aprel 2024 - Şənbə

"Parabüzən" filminin təqdimat mərasimi keçirilib - FOTO

"Parabüzən" filminin təqdimat mərasimi keçirilib - FOTO
1437baxış

 

Parabüzən" filminin təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, millət vəkilləri, kino cameəsi, Vətən müharibəsinin iştirakçıları, qazilər, media nümayəndələri iştirak edib.

 
 
ƏtraflıFilm 1993-cü ilin aprel-may aylarında Laçın və Kəlbəcər rayonlarının ərazisində mühasirədə qalmış 19 nəfərin başına gələn hadisədən bəhs edir. Çəkilişlər Kəlbəcərin Çərkənd, Laçının Oğuldərə və mühasirədən çıxılan Güləbird kəndində aparılıb.

Qısametrajlı filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, mülki vətəndaşlara qarşı törətdiyi soyqırımı, terror aktı mövzularına toxunulub.

"Parabüzən" filminin prodüseri İmdad Əlizadə bildirib ki, xüsusən torpaqlarımızın azad edilməsindən sonra belə filmlərin çəkilməsi vacibdir.

"Filmin ideyası torpaqlarımız işğaldan azad olunandan sonra yaranıb, çəkilişlər isə bu ilin iyun ayında bu vaxta qədər davam edib. Filmdə iştirak edənlər peşəkar aktyorlar deyil, hadisənin iştirakçılarıdır" - deyə o qeyd edib.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayaz Mirzəyevdir.

#
Çingiz Səfərli