\
24 Noyabr 2024 - Bazar günü

Bursada Fikrət Əmirov musiqisinin sehri: məşhur kino xadimi TV Musavata elə şeylər dedi ki… - ÖZƏL

Bursada Fikrət Əmirov musiqisinin sehri: məşhur kino xadimi TV Musavata elə şeylər dedi ki… - ÖZƏL
1489baxış

Türkiyənin Bursa şəhərində keçirilən 2-ci Qorqud Ata Türk Dünyası Film Festivalında Azərbaycan istehsalı olan filmlər də nümayiş olunur.

Festivalla əlaqədar Türkiyə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Turizm Agentliyinin, həmçinin qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı, dəstəyi ilə təşkil olunan səfərdə “Yeni Müsavat”ın əməkdaşı da Bursaya ezam olunanlar sırasındadır. Əməkdaşımız bildirir ki, bu günlərdə Türkiyənin dördüncü ən böyük şəhərində Türk rüzgarı əsir. Belə ki, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan və Türkiyə istehsalı olan filmlərin nümayişi böyük maraq doğurub. Azərbaycanın “Dəli Kür”, “Otel odası”, o cümlədən Xalq artisti, kinorejissor Vaqif Mustafayevin çəkdiyi, Vətən müharibəsində qazandığı şanlı Zəfərdən bəhs edən “Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filmi nümayiş etdirilir.

Noyabrın 3-də böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı Bursa Filarmoniyasında təşkil olundu. Xalq artisti, dirijor Yalçın Adıgözəlin rəhbərlik etdiyi simfonik orkestr yüzlərlə tamaşaçısı Azərbaycan musiqisinin sehrinə saldılar, alqış sədaları zala əlavə gözəllik verirdi.

Konsertdə Türk dövlətlərindən gəlmiş qonaqlar, sənət adamları, tələbələr, həmçinin Azərbaycanın məşhur insanlarının bir qrupu, Mədəniyyət Nazirliyinin əməkdaşları, Azərbaycanın mədəniyyət və incəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artisti Vaqif Mustafayev, Xalq artisti Oqtay Mirqasımov, kinorejissor Elxan Cəfərov və digərləri iştirak edirdilər.

Fasilə zamanı imkan tapıb Oqray Mirqasımovdan TV Musavat üçün özəl müsahibə aldıq. Müsahibəni təqdim edirik:

Elşad Paşasoy,
Musavat.com
Bursa