\
28 Mart 2024 - Cümə axşamı

Nizami Kino Mərkəzində "Xarı Bülbül" sənədli filminin təqdimatı olacaq

Nizami Kino Mərkəzində "Xarı Bülbül" sənədli filminin təqdimatı olacaq
1502baxış
Əziz dostlar, dəyərli media mənsubları!
 
Sizi, Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli komissiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş, "2022-ci il Şuşa İli" və Şanlı Zəfərimizin ikinci ildönümü münasibəti ilə mədəniyyət paytaxtımızın əsrarəngiz mədəni-ədəbi ruhuna orijinal baxışı əks etdirən isveçli fotoqraf, rejissor Mikael Silkeberqin "Xarıbülbül əfsanəsi" sənədli filminin təqdimatına dəvət edirik.
Təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi. 
 
Tədbir sabah saat 19.00-da Nizami Kino Mərkəzində keçiriləcək. Giriş sərbəstdir.