\
29 Mart 2024 - Cümə

Cəlilabad sakini arvadını baltalayıb – YENİLƏNİB

Cəlilabad sakini arvadını baltalayıb – YENİLƏNİB
1269baxış

Cəlilabadda arvadını baltalayan şəxs tutulub.

Bu barədə Mediapress.az-a  DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Məlumata görə, Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

***

09.09

Cəlilabad sakini arvadını baltalayıb.

Mediapress.az xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb.

Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.

 

PAYLAŞIN