\
24 Noyabr 2024 - Bazar günü

Nazirlik: "Anamın kitabı" tamaşasındakı aktyorların qonorarlarının ödənilməsi ilə bağlı işlər aparılır

Nazirlik: "Anamın kitabı" tamaşasındakı aktyorların qonorarlarının ödənilməsi ilə bağlı işlər aparılır
1340baxış

Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinin ingilis dilində nümayiş edilməsindən sonra sözügedən tamaşada rol alan aktyor və aktrisa heyətinin qonorar almaması məsələsi gündəmdədir.

Bununla bağlı Mədəniyyət Nazirliyindən Mediapress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı iş gedir.

Qeyd olunub ki, bu ilin mart ayından Mədəniyyət Nazirliyinin dəstəyi ilə müxtəlif teatrlardan seçilmiş 10-12 nəfər gənc aktyorlarla ingilis dili kurslarına başlanılıb: “Kursun bütün xərcləri nazirlik tərəfindən ödənilib. Bu, adi ingilis dili kurslarından fərqlənirdi, çünki burada metodika fərqli idi, aktyorlar dili pyes üzərində məşqlərlə öyrənirdilər. Biz bir neçə variantlar arasında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri üzərində dayandıq. Məqsədimiz gənclərə xarici dil öyrətməklə yanaşı, həm də öz dilini sevməyi, öz dinin dəyərini anlamağı aşılamaqdır. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova həm də bu yeni variantın müəllifidir. Aktyorlara Mədəniyyət Nazirliyi tərəfindən qonorarların ödənilməsi məsələsinə gəldikdə isə bununla bağlı işlər aparılır. Həmçinin digər teatrlardan cəlb olunan aktyorlarla Azərbaycan Dövlət Akademik Musiqili Teatr tərəfindən müqavilə bağlanılıb, onlar hər dəfə tamaşa oynadıqca qonorar alırlar”.

 
  •