Esra Gezgincinin Azərbaycanla bağlı proqramı bu həftə ekranlarda – VİDEO
Türkiyənin ən məşhur televiziyalarından olan NTV kanalı Azərbaycanın mədəni irsini, tarixini, dünəni, bu gününü özündə əks etdirən geniş və maraqlı veriliş ərsəyə gətirib.
Mediapress.az Bugun tv-yə istinadən xəbər verir ki, bu barədə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç məlumat verib.O, bildirib ki, ssenari müəllifi və aparıcısı olan tanınmış aparıcı Esra Gezgincinin verilişi bu dəfə “Atəşin və rüzgarın ölkəsi qəhrəmalar yurdu Qardaş Azərbaycanda… Dağın-daşın yandığı Abşeron yarımadasından, tarixi və modern memarlığı ilə bir nağılı xatırladan Bakıda… Dünyanın ilk açıq dəniz neft platformasından, türk dünyasının paytaxtı Şuşaya qədər uzanan gözəl bir yolculuq”la yadda qalacaq.
Məşhur aparıcı Esra Gezginci, verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib.
Səlçuk Karakılıçın sözlərinə görə 1 ay ərzində çəkilən Əsrarəngiz Azərbaycan çox möhtəşəm görüntülərlə noyabrın 27-də Türkiyənin NTV kanalıda yayımlanacaq.