\
28 Mart 2024 - Cümə axşamı

Tanınmış aparıcı Esra Gezginci Azərbaycan haqqında çəkdiyi veriliş yayımlanıb - VİDEO

Tanınmış aparıcı Esra Gezginci Azərbaycan haqqında çəkdiyi veriliş yayımlanıb - VİDEO
1324baxış

Türkiyənin ən məşhur televiziyalarından olan NTV kanalı Azərbaycanın mədəni irsini, tarixini, dünəni, bu gününü özündə əks etdirən geniş və maraqlı veriliş ərsəyə gətirib.

“Əsrarəngiz Azərbaycan” adlanan verliş bu gün NTV kanalında yayımlanıb.

Layihənini rəhbəri və aparıcısı Esra Gezgincidir. Verlişdə paytaxt Bakıdan başlayan çəkiliş daha sonra Azərbaycanın digər bölgələrində də davam etdirilib. Qarabağa səfər təşkil olunub.

Məşhur aparıcı Esra Gezginci, verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib.

Verlişin tam versiyasını təqdim edirik: