\
18 Aprel 2024 - Cümə axşamı

Rauf Hacıyevin 100 illik yubileyi qeyd olunub -FOTOLAR

Rauf Hacıyevin 100 illik yubileyi qeyd olunub -FOTOLAR
1341baxış
Mediapress.az Bugun.tv-yə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi qeyd olunub.
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Rauf Hacıyev-100” musiqi festivalı çərçivəsində teatrda “Qafqazlı qardaşqızı” (R.Hacıyev) operettası  oynanılıb.
 
Tamaşadan öncə Mədəniyyət Nazirliyinin əməkdaşı, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva və teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa  Mühacirova çıxış edərək bəstəkarın yaradıcılığı haqqında danışıblar.
 
Teatrın rus bölməsində hazırlanan tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubovdur.
Səhnə əsərinin premyerası 24 sentyabr 2015-ci ildə oynanılıb.
 
Tamaşada Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Firus Məmmədov, Rauf Babayev, Mehriban Zaliyeva, Əliməmməd Novruzov, Nicat Əli iştirak ediblər.
 

Qeyd edək ki, “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskva, Sankt-Peterburq, Riqa, Nalçik, Volqoqrad şəhərlərinin musiqili teatrlarında tamaşaya qoyulub.