\
24 Noyabr 2024 - Bazar günü

Dövlət Xidməti Bakıdakı 202 yaşlı hamamın nə vaxt bərpa ediləcəyini açıqlayıb

Dövlət Xidməti Bakıdakı 202 yaşlı hamamın nə vaxt bərpa ediləcəyini açıqlayıb
1381baxış

Bir neçə gündür sosial şəbəkələrdə Bəşir Səfəroğlu küçəsi 36 ünvanında yerləşən və el arasında “Təndir hamamı” kimi tanınan tarixi hamamın acınacaqlı vəziyyəti müzakirə edilir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Mediapress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hamam dövlət reyesterinə daxildir.“Bəşir Səfəroğlu küçəsi 36 ünvanında yerləşən hamam yerli əhəmiyyətli memarlıq abidəsidir. Hazırda həmin tarixi abidə qəzalı vəziyyətdədir və bərpa olunmasına ehtiyac var. Hamamın bərpa-konservasiya olunması Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılır. Bununla bağlı müvafiq addımların atılması üçün tarixi abidənin investisiya layihələrinin siyahısına daxil edilməsi təklif ediləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, hamam 1820-ci ildə tikilib. Hamamın ümumi sahəsi 900 kvadrat metrdən çoxdur. İki zallı hamam hazırda yararsız vəziyyətdədir.